Çində oyun zamanı futbolçunun boyunu sındı - VİDEO

Xəbərlər
9 Oktyabr 2025 14:50
36
Çində oyun zamanı futbolçunun boyunu sındı - VİDEO

Çinin II Liqasında çıxış edən "Quansi Pinqqo" klubunun yarımmüdafiəçisi Samuel Asamoa matç zamanı ciddi xəsarət alıb.

İdman.Biz xəbər verir ki, bu barədə klubun yaydığı məlumatda bildirilib.

Oyun zamanı rəqib futbolçunun 31 yaşlı Asamoanı itələməsi səbəbindən reklam lövhəsi ilə toqquşub. Bu ilin fevralından “Quanxi Pinqqo”da oynayan Samuelin böyük ehtimalla ömürlük əlil qalacağı vurğulanır. Tibbi briqada tərəfindən xəstəxanada aparılan ətraflı müayinə nəticəsində oyunçunun boyun fəqərələrinin çıxığı və sınıqları aşkarlanıb. Həmçinin ona onurğa blokadası diaqnozu qoyulub. Asamoanın mövsümün qalan bütün oyunlarını buraxacağı bildirilir.

Ötən gün uğurlu cərrahiyyə əməliyyatı keçirən oyunçunun vəziyyəti hazırda stabildir. Lakin klubun açıqlamasında futbolçunun böyük ehtimalla ömürlük əlil qalacağı vurğulanıb.

İdman.Biz

Məqalədə: