Fransa - Azərbaycan oyunu öncəsi açıq məşqlər və mətbuat konfransları

Xəbərlər
7 Oktyabr 2025 13:10
25
Fransa - Azərbaycan oyunu öncəsi açıq məşqlər və mətbuat konfransları

DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində oktyabrın 10-da Parisdəki “Park de Prens” stadionunda keçiriləcək Fransa – Azərbaycan oyunu öncəsi mətbuat konfransları və açıq məşqlərin vaxtları açıqlanıb.

Bu barədə İdman.biz-ə AFFA-dan məlumat verilib.

Əvvəlcə meydan sahiblərinin, sonra isə Azərbaycan yığmasının açıq məşqi baş tutacaq.

9 oktyabr
Fransa milli komandası
14:15. Mətbuat konfransı
20:00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq

Azərbaycan milli komandası
21:30. Mətbuat konfransı
22:00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq

Qeyd edək ki, bütün tədbirlərin saatları Bakı vaxtı ilə göstərilib.

İdman.biz