Azərbaycanda “transfer pəncərəsi” bağlansa da, “Neftçi” heyətini gücləndirməkdə davam edir.
İdman.biz idmanxeber.az-a istinadən xəbər verir ki, yay fasiləsinin ən fəal klublarından olan “ağ-qaralar” daha bir legionerin transferini bitirib.
Bakı təmsilçisi dayaq yarımmüdafiəçisi İdrissa Dumbiya ilə razılığa gəlib. 27 yaşlı futbolçu yaxın günlərdə paytaxtımıza gələrək “Neftçi” ilə rəsmi müqavilə imzalayacaq.
Son olaraq Qətərin “Əl-Əhli” klubunda çıxış edən kot-d’ivuarlı hazırda azad agent statusundadır. O, bir neçə klubun marağına baxmayaraq, “Neftçi”nin təklifini daha cəlbedici hesab edib.
Qeyd edək ki, İdrissa Dumbiya karyerası ərzində “Anderlext”, “Sportinq”, “Ueska” və “Alanyaspor” kimi tanınmış klubların formasını geyinib. O, 2023-cü ildən bəri Kot-d’İvuar millisində dörd oyunda iştirak edib.