Yaxın günlərdə "Kəpəz"də növbəti ayrılıq dalğası yaşana bilər.
İdman.biz sport24.az-a istinadən xəbər verir ki, "sarı-göylər"in yeni baş məşqçisi Azər Bağırov bəzi legionerlərin performansından narazıdır.
41 yaşlı mütəxəssis artıq bununla bağlı rəhbərliyə fikirini söyləyib. O, həmçinin bildirib ki, minimum üç-dörd əcnəbi oyunçu onun tələblərinə cavab vermir və onları yola salmaq lazımdır. Klubun başbilənləri də çalışdırıcının istəyinə "ok" veriblər. Bu üzdən qarşıdakı günlərdə yayda komandaya qoşulan bəzi legionerlərin "Kəpəz"dən getdiyini eşidəndə heç də təəccüblənmək lazım deyil.
Qeyd edək ki, yeddi turdan sonra aktivində xal olmayan "Kəpəz" turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.