“Qarabağ”ın rəqibi olmuş komandanın prezidenti hakim qarşısına çıxacaq

Xəbərlər
7 Oktyabr 2025 12:27
27
“Qarabağ”ın rəqibi olmuş komandanın prezidenti hakim qarşısına çıxacaq

Portuqaliyanın “Benfika” futbol klubunun prezidenti Rui Koşta Rusiyanın “Lokomotiv” klubundan qəbul etdiyi 76 min avroluq nağd pul köçürməsi ilə bağlı məhkəməyə çağırılıb.

İdman.biz xəbər verir ki, bu barədə “CNN Portugal” məlumat yayıb.

Bildirilir ki, söhbət 2023-cü ildə “Lokomotiv”ə transfer olan argentinalı müdafiəçi Xerman Kontinin keçidi zamanı köçürülən maliyyə hesablaşmasından gedir. Bu əməliyyatın Avropa İttifaqının Rusiyaya qarşı sanksiyalarına zidd olduğu bildirilir.

Rui Koştanın iyul ayında ifadə verməsi planlaşdırılsa da, o, iclasın tarixinin təxirə salınmasını xahiş edib.

Köçürmə bank tərəfindən aşkarlanıb, bundan sonra prokurorluq əməliyyatın dayandırılması barədə göstəriş verib. Mərkəzi Cinayət Araşdırmaları və İttiham İdarəsinin qərarı ilə vəsait göndərən tərəfə — “Lokomotiv”ə məxsus idman səhmdar cəmiyyətinin hesabına geri qaytarılıb.

İdman.biz

Məqalədə: