Holandın qolu “Mançester Siti”yə qələbə qazandırdı

Xəbərlər
5 Oktyabr 2025 21:51
37
Holandın qolu “Mançester Siti”yə qələbə qazandırdı

İngiltərə Premyer Liqasının 7-ci turunda “Brentford” “Mançester Siti” ilə qarşılaşıb.

İdman.biz xəbər verir ki, görüş “Citek Kommyuniti” stadionunda (Brentford) keçirilib və qonaqlar 1:0 hesabı ilə qalib gəliblər.

Matçın baş hakimi Darren İnqlənd (İngiltərə) olub.

Oyunda yeganə qolu “şəhərlilər”in hücumçusu Erlinq Holand 9-cu dəqiqədə vurub.

Qeyd edək ki, bu qələbədən sonra “Mançester Siti” 13 xalla 5-ci pillədə qərarlaşıb. “Brentford” isə 7 xalla 16-cı yeri tutur.

İdman.biz