İspaniya Futbol Federasiyası millinin “Barselona” ilə Yamal gərginliyinə münasibət bildirib

Xəbərlər
5 Oktyabr 2025 16:06
27
İspaniya Futbol Federasiyası millinin “Barselona” ilə Yamal gərginliyinə münasibət bildirib

İspaniya Kral Futbol Federasiyasının (RFEF) prezidenti Rafael Lusan “Barselona” ilə İspaniya millisindəki gərginlik barədə danışıb.

İdman.biz xəbər verir ki, kataloniyalıların baş məşqçisi Hansi Flik milli komandanın məşqçilər heyətini Lamin Yamalı sağlamlıq problemlərinə baxmayaraq oyunlarda iştirak etdirdiklərinə görə tənqid etmişdi.

Media yazır ki, İspaniya yığmasının çalışdırıcısı Luis de la Fuente hücumçunu bərpa dövrü istəməsinə baxmayaraq oktyabr oyunlarına yenidən çağırıb.

Lusan açıqlamasında bildirib ki, bu cür məsələlərə həddən artıq fikir vermək düzgün deyil: “Barselona böyük klubdur və biz onlarla daim əlaqədəyik. Belə məsələlərə həddən artıq fikir verməyə ehtiyac yoxdur, əsas olan obyektiv yanaşmadır. Əgər tibbi rəy varsa, ona əməl edilməlidir. Ən vacibi, sağlam mühit və qarşılıqlı hörmətin qorunmasıdır”.

İdman.biz