“Neftçi” kimi komandanın bu cür problemi olmamalıdır”.
Bunnu “Neftçi”nin yarımmüdafiəçisi İmad Farajın futbolxeber.az-a müsahibəsində deyib.
Həmin müsahibəni təqdim edirik:
- Azərbaycan Premyer Liqasının VII turunda “Zirə” ilə dramatik keçın görüşdə meydandan 1 xalla (2:2) ayrıldınız. Oyunla bağlı nə deyə bilərsiniz?
- Yaxşı oynadıq. Geridönüş etdik. Qələbəyə çox yaxın idik. Lakin sonradan hakimlə bağlı problem yaşadıq. Hər oyunda olduğu kimi.
- Penalti epizodunu necə şərh edərdiniz?
- Utandırıcıdır. Heç kim orada kobudluq görmədi. Lakin hakim heç nədən oyunu dayandırdı. Bilmirəm hakimin qulağına kim bunu dedi. Məncə, bu, çox böyük səhv idi.
- Siz özünüz epizodu necə dəyərləndirirsiniz?
- Heç nə, adi epizod idi. Bu, normal deyil. 90 dəqiqə qələbə üçün mübarizə apardıq. Lakin hakimin bir səhvi bizi qələbədən məhrum etdi.
- Açıq-aşkar görünür ki, “Neftçi” hakimlərlə bağlı problem yaşayır...
- “Neftçi” kimi komandanın bu cür problemi olmamalıdır. Son turlar bizim ən azı 2 penaltimiz verilməyib. Niyəsə bizə qarşı edilən kobudluqları hakimləri görmürlər.
- Daha əvvəl Kiprdə oynamısınız. Orada bu cür epizodda penalti təyin edilməsi mümkündür?
- Əlbəttə, yox. Ümumiyyətlə, böyük klublar hakimlərlə bağlı bu cür problem yaşamırlar. İstər Kipr olsun, istər Fransa. Təsəvvür edirsiniz, PSJ-nin qapısına belə penalti təyin olunsun?
- Bu cür vəziyyətdə, “Neftçi” iddiasını qoruyub saxlaya biləcək?
- Əslində, komanda olaraq çox yaxşıyıq. Futbolçuların bacarığı var. Sadəcə belə görünür ki, biz hər oyun hakimlərlə mübarizə aparmalıyıq. Normalda belə olmamalıdır, yalnız oyunumuza, işimizə köklənməliyik. Qalib gəlmək istəyir. Hakimlər hər tur bizi “öldürürlər”. Səbəbini isə bilmirik.
- Sizcə, bu cür səs-küydən sonra “Neftçi”yə qarşı hakim səhvləri yenə davam edəcək?
- Əslində, hakimlərlə mübarizə aparmağa da gücümüz var. Baxın, “Zirə” ilə oyunda onlar əllərindən gələni etsələr də, bizə qalib gələ bilmədilər. Uduzmadıq. Hər matçda mübarizə aparacağıq.