Niderland Erediviziyasının 8-ci turunun oyunları olub.
İdman.biz xəbər verir ki, Azərbaycan millisinin oyunçusu Ozan Can Kökçünün şərəfini qoruduğu “Volendam” klubu səfərdə “Fortuna Sittard”la qarşılaşıb.
Oyun meydan sahiblərinin xeyrinə başa çatıb - 1:0. Yeganə topu 8-ci dəqiqədə Castin Lonveyk vurub. Kökcü 62-ci dəqiqədə meydana daxil olub.
Qeyd edək ki, hazırda “Volendam” 7 xalla turnir cədvəlində 13-cü pillədə qərarlaşıb.