I Liqada çıxış edən “Difai”də növbəti dəfə baş məşqçi ayrılığı gerçəkləşib.
İdman.biz sportinfo.az-a istinadən xəbər verir ki, Hüseynqulu Quliyev dünən “Cəbrayıl” ilə keçirilən matçdan (0:4) sonra vəzifəsini tərk edib.
Avqustda komandanın sükan arxasına keçmiş mütəxəssis öz istəyi ilə postundan gedib. Buna səbəb “Difai”nin mövsümə uğursuz start verməsidir.
İlk turda “Baku Sportinq”lə səfərdə heç-heçə (2:2) edən Ağsu təmsilçisi son 3 turda məğlubiyyətlə üzləşib. Komanda “Səbail”ə 1:2 və “Mingəçevir”ə 0:2 hesabı ilə uduzub.
“Difai” 4 turun yekununa görə turnir cədvəlində 10-cu – sonuncu pilləyə qərarlaşıb.
Qeyd edək ki, aşağı liqada 3-cü mövsümünü keçirən Ağsu klubu ötən müddətdə 8 baş məşqçi dəyişib. Hüseynqulu Quliyevdən öncə burada Paşa Əliyev, Elgiz Kərəmli, Adil Mahmudov, Xaqani Məmmədov, Aydın Qasımov, Kərim Diniyev və Araz Bağırov çalışıblar.