“Oyunun əhəmiyyəti bizim üçün çox böyük idi. Hamı məsuliyyətini dərk edirdi”.
İdman.biz xəbər verir ki, bu sözləri “Xankəndi”nin futbolçusu Pərviz Qaraxanov II Liqanın IV turunda “Sheki City”ni 1:0 hesabı ilə məğlub etdikləri oyun barədə danışarkən deyib.
O, komandasının qələbəsini şərh edib: “Çox ağır qarşılaşma oldu. Bir nəfər azlıqda qalsaq da, əzmkar oyunla qələbə qazandıq. Rəqib çox ciddi komanda idi. Buna baxmataraq, 3 xal qazandı. Çox sevinirik. Çünki çempionluq yolunda qələbə bizim üçün vacib idi. Bunu gözəl dərk edirdik”.
Qaraxanov növbəti matçlarda da uğurlu çıxışı davam etdirmək istədiklərini bildirib: “Şükür Allaha ki, əziyyətimiz hədər getdi. Əzmkarlıq sayəsində 3 xalı götürdük. Gələcək oyunlarda da əlimizdən gələni edəcəyik. Uğurlu çıxışımızı davam etdirib, çempionluq yolunda irəliləmək istəyirik”.
Qeyd edək ki, 4 turdan sonra maksimum nəticə göstərən “Xankəndi” II Liqada vahid liderdir.