UEFA Çempionlar Liqasında həftənin futbolçusu adına namizədlər müəyyənləşib.
İdman.biz xəbər verir ki, siyahıda 4 ulduz futbolçunun adı yer alıb.
Namizədlər Kilian Mbappe (“Real”, İspaniya), Erlinq Holand (“Mançester Siti”, İngiltərə), Rasmus Hoylund (“Napoli”, İtaliya) və Yens Petter Hauqedir (“Budo/Qlimt”, Norveç).
Qeyd edək ki, həftənin oyunçusu UEFA-nın rəsmi saytında keçirilən səsvermə yolu ilə bilinəcək.