“Qarabağ”ın yarımmüdafiəçisi Abdullah Zubir Avropa futbolunun ən məşhur simaları ilə bir sırada yer alıb.
İdman.biz xəbər verir ki, fransalı oyunçu Çempionlar Liqasının qrup mərhələsinin II turunda “Kopenhagen”ə qarşı keçirilən oyunda fərqlənərək unikal göstəriciyə imza atıb. 33 yaşlı futbolçu ardıcıl səkkizinci mövsümdə avrokubokların əsas mərhələsində qol vuran oyunçular siyahısına daxil olub.
Zubir bu nailiyyəti ilə Kilian Mbappe (“Real Madrid”), Harri Keyn (“Bavariya”), Məhəmməd Salah (“Liverpul”), Lautaro Martines (“İnter”) və Antuan Qrizmann (“Atletiko”) kimi ulduz futbolçuların rekordunu təkrarlayıb.
Qeyd edək ki, “Qarabağ” ÇL-in əsas mərhələsinin ilk turunda “Benfika”ya səfərdə qalib gəlib (2:3). UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunda isə “Kopenhagen” üzərində 2:0 hesablı qələbə qazanıb.
