Bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsində növbəti turun oyunları keçiriləcək.
İdman.biz xəbər verir ki, ikinci turun ilk oyun günündə doqquz qarşılaşma baş tutacaq.
Belə ki, “Atalanta” “Brügge” ilə, “Kayrat” “Real Madrid”lə, “Atletiko Madrid” “Ayntraxt Frankfurt”la, “Budyo/Qlimt” “Tottenhem” ilə, “Çelsi” “Benfika” ilə, “Qalatasaray” “Liverpul”la, “İnter” “Slavia Praqa” ilə, “Marsel” “Ayaks”la, “Pafos” isə “Bavariya” ilə üz-üzə gələcək.
Qeyd edək ki, turun oyunlarına oktyabrın 1-də yekun vurulacaq.
UEFA Çempionlar Liqası
II tur
30 sentyabr
20:45. “Atalanta” – “Brügge”;
20:45. “Kayrat” – “Real Madrid”;
23:00. “Atletiko Madrid” – “Ayntraxt Frankfurt”;
23:00. “Budyo/Qlimt” – “Tottenhem”;
23:00. “Çelsi” – “Benfika”;
23:00. “Qalatasaray” – “Liverpul”;
23:00. “İnter” – “Slavia Praqa”;
23:00. “Marsel” – “Ayaks”;
23:00. “Pafos” – “Bavariya”.