Premyer Liqanın VI turunda tribunada nə qədər azarkeş olub?

Xəbərlər
29 Sentyabr 2025 11:47
33
Premyer Liqanın VI turunda tribunada nə qədər azarkeş olub?

Misli Premyer Liqasında VI turun oyunlarını stadionlardan izləyən azarkeşlərin sayı bəlli olub.

İdman.biz sport24.az-a istinadən xəbər verir ki, altı matçda ümumilikdə 4871 fanat qeydə alınıb.

“İmişli” - “Zirə” (1:1) qarşılaşmasında 200, “Qarabağ” - “Qəbələ” görüşündə (2:0) 860, “Şamaxı” - “Araz-Naxçıvan” (1:1) duelində 1200, “Neftçi” - “Karvan-Yevlax” oyununda 1200, “Turan Tovuz” - “Kəpəz” matçında (3:0) 700, “Sabah” - “Sumqayıt” (1:1) qarşılaşmasında 711 tamaşaçı olub.

Qeyd edək ki, VII tura oktyabrın 3-də start veriləcək.

İdman.biz