VI İslam Həmrəyliyi Oyunları: Sablyaçı qadınlarımız qızıl medal qazanblar - YENİLƏNİB + FOTO

Xəbərlər
20 Noyabr 2025 21:29
229
VI İslam Həmrəyliyi Oyunları: Sablyaçı qadınlarımız qızıl medal qazanblar - YENİLƏNİB + FOTO

Azərbaycan qılıncoynadanları Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanıblar.

İdman.Biz xəbər verir ki, sablya növü üzrə qadınlardan ibarət millimiz komanda yarışının finalında Özbəkistana 45:43 hesabı ilə qalib gələrək qızıl medala layiq görülüb.

Qeyd edək ki, İslamiada sabah başa çatacaq.

20:39

Azərbaycan şpaqaçıları Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında bürünc medal qazanıblar.

İdman.Biz xəbər verir ki, qılıncoynatmanın şpaqa növü üzrə qadınlardan ibarət millimiz komanda yarışının yarımfinalında Özbəkistana 38:39 hesabı ilə uduzaraq bürünc mükafatla kifayətlənib.

17:32

Azərbaycanın qadın sablya üzrə milli komandası VI İslam Həmrəyliyi Oyunlarının finalına yüksəlib.

İdman.Biz xəbər verir ki, millimiz yarımfinal mərhələsində Türkiyə yığmasını 45:32 hesabı ilə məğlub edərək finala adlayıb.

Həlledici görüşdə rəqibimiz Özbəkistan millisi olacaq.

İdman.Biz