Avropa çempionatının mükafat fondu 40 milyon avro azalıb

Xəbərlər
3 Dekabr 2023 13:26
228
Avropa çempionatının mükafat fondu 40 milyon avro azalıb

AVRO-2024-ün mükafat fondu 331 milyon avro təşkil edəcək.

İdman.biz xəbər verir ki, bu rəqəm 4 il əvvəlki turnirə nisbətən 40 milyon azdır.

UEFA-dan verilən açıqlamada yığmaların turnirdə iştiraka görə, 9,25 milyon avro qazanacaqları bildirilib. Qrup mərhələsində hər qələbə 1 milyon, heç-heçə 500 min avro dəyərində olacaq. 1/8 final iştirakçıları 1,5 milyon, ¼ finalçılar isə 2,5 milyon avro əldə edəcəklər.

AVRO-2024-də yarımfinala yüksələn yığmalar 4 milyon gəlir qazanacaqlar. Avropa çempionatının finalçısı 5 milyon, qalibi isə 8 milyon avroya mükafata sahib olacaq. Turnirin qalibi maksimum 28,25 milyon gəlir əldə edə bilər.

Qeyd edək ki, AVRO-2024-ün final mərhələsinin mükafat fondu 371 milyon avro təşkil etmişdi.

İdman.biz