AVRO-2024-ün seçmə mərhələsində IX turun rəmzi komandası açıqlanıb.
İdman.biz xəbər verir ki, "Sofascore" portalının tərtib etdiyi heyətdə Azərbaycan yığmasının iki oyunçusu yer alıb.
Bakıda İsveç yığmasına 3:0 hesabı qalib gələn millinin iki futbolçusu – qapıçı Şahruddin Məhəmmədəliyev və müdafiəçi Rahil Məmmədov fərqləndiriliblər. Qapıçımızın çıxışı 8,4, müdafiəçimizin isə 7,9 balla qiymətləndirilib.
Rəmzi komandada Killian Mbappe, Kinqsli Koman, David Alaba, Joao Kanselo kimi futbolçular yer alıblar.
İdman.biz