Pley-off bombardiri - Harri Keyn

Xəbərlər
11 İyul 2024 01:12
475
Pley-off bombardiri - Harri Keyn

Harri Keyn Avropa çempionatlarının final mərhələsinin pley-offunda ən çox qol vuran futbolçudur.

İdman.biz xəbər verir ki, ingilis forvard 6 dəfə fərqlənib.

O, bu gün AVRO-2024-ün yarımfinalında Niderlandla görüşdə penalti zərbəsindən fərqlənib. 1960-1976-ci illərdə turnirdə 4, 1992-ci ilə kimi isə 8 komanda mübarizə apardığından pley-off mərhələsi yarımfinaldan start götürüb. Bu baxımdan son çempionatlarda pley-off oyunlarının sayı artıb və bu, Keynə lider olmaq imkanı yaradıb.

İngilis hücumçunu hesabında 5 qol olan Antuan Qrizmann və 4 dəfə fərqlənən Herd Mülleri arxada qoyub.

Harri Keyn pley-off qolları

Turnir

Rəqib

Mərhələ

AVRO-2020

İngiltərə - Almaniya - 2:0

1/8 final

AVRO-2020

İngiltərə - Ukrayna - 4:0

1/4 final

AVRO-2020

İngiltərə - Ukrayna - 4:0

1/4 final

AVRO-2020

İngiltərə - Danimarka - 2:1 (ə.v.)

Yarımfinal

AVRO-2024

İngiltərə - Slovakiya - 2:1 (ə.v)

1/8 final

AVRO-2024

İngiltərə - Niderland - 2:1

Yarımfinal

İdman.biz