İlham Əliyev Türkiyə millisinə uğurlar arzulayıb: “Demirala qarşı cəza ədalətsizdir”

Xəbərlər
6 İyul 2024 09:31
224
İlham Əliyev Türkiyə millisinə uğurlar arzulayıb: “Demirala qarşı cəza ədalətsizdir”

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatında uğurla çıxış edən qardaş Türkiyə milli komandasını 1/4 mərhələyə vəsiqə qazanaraq 8 ən güclü Avropa millisi arasında yer alması münasibətilə təbrik edirəm.

İdman.biz xəbər verir ki, bu barədə Prezident İlham Əliyev rəsmi "X" sosial şəbəkə hesabında paylaşım edib.

"Xüsusilə, 1/8 final mərhələsində 2 qol vuraraq oyunun ən yaxşı futbolçusu seçilmiş Merih Demiralı təbrik edirəm. Merihə qarşı tətbiq edilən cəza ədalətsizdir və bunu qətiyyətlə pisləyirəm. Türkiyə millisinə Hollandiya ilə oyunda qələbə arzu edirəm!
Yaşasın Türk dünyası!" - paylaşımda qeyd edilib.

İdman.biz