Qrizman Fransa yığmasında rekordçu olub

Xəbərlər
25 İyun 2024 22:17
121
Qrizman Fransa yığmasında rekordçu olub

Antuan Qrizman Fransa yığmasının rekordçusu olub.

İdman.biz xəbər verir ki, o, böyük turnirlərdə 33-cü dəfə komandanın formasını geyinib.

Qrizman AVRO-2024-ün qrup mərhələsində Polşa ilə matçın 61-ci dəqiqəsində meydana daxil olub. Bununla da, 33 yaşlı futbolçu Avropa və dünya çempionatlarında ən çox oyun keçirən fransalı kimi tarixə düşüb. O, hesabında 32 görüş olan Lilian Türam və Olivye Jirunu arxada qoyub.

Qeyd edək ki, Antuan Fransa yığmasında 132 oyun keçirib. O, bu görüşlərdə 44 qol və 32 ötürmə ilə yadda qalıb.

İdman.biz