Arif Əsədovdan günün PROQNOZLARI

Təxminlər
25 İyun 2024 13:27
314
Arif Əsədovdan günün PROQNOZLARI

“Niderland - Avstriya matçı çox maraqlı olacaq”.

Bunu İdman.bizə Azərbaycan millisinin məşqçisi Arif Əsədov deyib.

O, AVRO-2024-də bu gün baş tutacaq 4 matçı şərh edib.

Təcrübəli mütəxəssis bildirib ki, D qrupunda oynanılacaq Niderland - Avstriya qarşılaşmasında komandaların şansı bərabərdir: “Hər ikisi növbəti mərhələyə yüksələ bilər. Avstriya turnirdə ən yaxşı oyun göstərən komandalardan biridir. Sürətli və dinamik oyunu ilə seçilir. Hollandlar da texniki baxımdan yaxşı təsir bağışlayırlar. Buna görə hansı komandanın qalib gələcəyi barədə danışmaq çətindir. Çünki bu gün qələbə üçün iki istəkli komanda qarşılaşacaq”.

Əsədov vurğulayıb ki, eyni qrupda keçiriləcək Fransa - Polşa matçında fransızlar favoritdirlər: “Bu birmənalı şəkildə belədir. Lakin Polşanın da itirəsi bir şeyi yoxdur. Ona görə rahat oyun olacaq. Sonda isə Fransa qalib gələcək”.

Onun sözlərinə görə, C qrupunda baş tutacaq İngiltərə - Sloveniya, Danimarka - Serbiya qarşılaşmaları da öz dinamikliyi və maraqlı olması ilə seçiləcək: “İlk dueldə ingilislər favoritdirlər. Bu səbəbdən qələbələrinə inam böyükdür. Danimarka - Serbiya matçı isə bir az çətin olacaq. Qarşılaşmanın heç-heçə ilə bitəcəyini gözləyirəm. Bu nəticədə Danimarkaya sərf edir. Çünki onlar ikinci yerlə mərhələ adlaya bilərlər”.

Qeyd edək ki, qarşılaşmalar saat 20:00-dan start götürəcək.

Banuçiçək Hüseynli
İdman.biz

Məqalədə: