Türkiyə millisində İTKİ

Xəbərlər
24 İyun 2024 15:41
273
Türkiyə millisində İTKİ

Türkiyə yığması qapıçısı Doğan Alemdarı itirib.

İdman.biz xəbər verir ki, qolkiper məşq zamanı zədələnib.

Onun dizinin ön çarpaz bağlarında qopma əmələ gəlib. Bu səbəbdən də 21 yaşlı qolkiper yığmadan ayrılıb. Onu “Başakşəhər”dən Muhammed Şəngəzər əvəzləyib.

Qeyd edək ki, F qrupunun son oyununda Türkiyə iyunun 26-da Çexiya ilə qarşılaşacaq.

İdman.biz

Məqalədə: