AVRO-2024-ün 2-ci turunun Türkiyə ilə oyunu portuqaliyalı ulduz Kriştiano Ronaldo üçün əlamətdar olub.
İdman.biz xəbər verir ki, o, Avropa çempionatlarında 18-ci dəfə kapitan kimi meydana çıxıb.
Ronaldo, həmçinin oyun sayında italiyalı Leonardo Bonuççini (18 matç) arxada qoyaraq, rekordçu olub.
Qeyd edək ki, Portuqaliya yığması davam edən görüşdə Türkiyəni 3:0 hesabı ilə məğlub edir.
İdman.biz