Vadim Vasilyev: “Çempionluq mübarizəsi onlar arasında gedəcək”

Müsahibə
22 İyun 2024 16:56
1 044
Vadim Vasilyev: “Çempionluq mübarizəsi onlar arasında gedəcək”

"Müalicəmi davam etdirirəm. Fizioterapeyaya yenidən gedirəm".

Bunu İdman.bizə Azərbaycan millisinin sabiq futbolçusu Vadim Vasilyev deyib.

Fevralın əvvəlində insult keçirən 51 yaşlı veteran hücumçu bildirib ki, səhhəti hazırda əvvəlki aylara nisbətən yaxşıdır: "Vəziyyətim normaldır".

O, AVRO-2024-də azarkeşi olduğu komandanın da adını açıqlayıb: Vasilyev uşaqlıqdan İtalyanın fanatı olduğu deyib: "Bu komandanı çox bəyənirəm. Ulduz futbolçulara malik yığma idi. Amma bu dəfə çox yaxşı oynamırlar. Fikrimcə, çempionluq mübarizəsi Fransa və Almaniya arasında gedəcək. Ev sahibləri yaxşı təsir bağışlayırlar".

Qeyd edək ki, ilk 2 görüşdə qələbə qazanan Almaniya artıq növbəti mərhələyə vəsiqəni təmin edib.

Banuçiçək Hüseynli
İdman.biz