Avstriya Polşadan güclü olub - VİDEO

Xəbərlər
21 İyun 2024 21:54
347
Avstriya Polşadan güclü olub - VİDEO

Bu gün AVRO-2024-ün D qrupunda II tura start verilib.

İdman.biz xəbər verir ki, Polşa və Avstriya üz-üzə gəlib.

Ötən turda uduzan komandaların duelində hər iki tərəf ilk 3 xal üçün döyüşüb. Avstriya yığması qələbə qazanan tərəf olub. Onlar Polşanın qapısından 3 top keçiriblər. "Panlar" bu toplardan yalnız 1-nin əvəzini çıxa biliblər.

Qeyd edək ki, turun bu gün keçiriləcək digər oyununda Fransa və Niderland qarşılaşacaq.

AVRO-2024
Qrup mərhələsi, II tur
21 iyun, D qrupu
20:00. Polşa - Avstriya - 1:3
Qollar:
Kjiştof Piatek, 30 - Gernot Trauner, 9. Kristof Baumqartner, 66. Marko Arnautoviç, 78 (pen.)
Baş hakim: Halil Umut Meler (Türkiyə)
Berlin Olimpiya Stadionu

1

Niderland

1

1

0

0

2-1

3

2

Fransa

1

1

0

0

1-0

3

3

Avstriya

2

1

0

1

3-2

3

4

Polşa

2

0

0

2

2-5

0

İdman.biz

Məqalədə: