Pedri Kriştianonun rekordunu təkrarlayıb

Xəbərlər
20 İyun 2024 23:29
431
Pedri Kriştianonun rekordunu təkrarlayıb

İspaniyalı futbolçu Pedri Kriştiano Ronaldoya çatıb.

İdman.biz xəbər verir ki, hər iki futbolçu 21 yaşına kimi AVRO və DÇ-də 12 oyun keçirib.

Pedri AVRO-2024-ün 2-ci turunda İtaliya ilə qarşılaşmada böyük turnirlərdə 12-ci dəfə meydana çıxıb. Ona kimi portuqaliyalı ulduz Kriştiano bu nəticəyə imza atmışdı. İspaniyalı yarımmüdafiəçi növbəti turda Albaniyaya qarşı forma geyinəcəyi halda mütləq rekordçu ola bilər.

Qeyd edək ki, Pedri İspaniya yığmasında 21 oyun keçirib, 2 qol vurub və 2 ötürmə edib.

İdman.biz