AVRO-2024: UEFA onları cəzalandırıb

Xəbərlər
19 İyun 2024 15:35
161
AVRO-2024: UEFA onları cəzalandırıb

AVRO-2024-ün qrup mərhələsinin ilk oyunundan sonra Xorvatiya və Albaniya yığmaları cərimələnib.

İdman.biz xəbər verir ki, bunu UEFA-nın mətbuat xidməti açıqlayıb.

Bildirilib ki, xorvatlar azarkeşlərinin meydana müxtəlif plastik əşyalar atması və matç zamanı məşəl yandırması səbəbindən 87,875 avro cəzalandırılıblar.

Bəzi fanatlarının məşəl yandırması, meydançaya əşyalar atması və ikinci hissədə meydana daxil olması isə Albaniyanı 37,375 avro ziyana salıb.

Qeyd edək ki, Xorvatiya ilk oyunda İspaniyaya 0:3, Albaniya isə İtaliyaya 1:2 hesabı ilə uduzub.

İdman.biz

Məqalədə: