Arda Kriştianonu arxada qoyub

Xəbərlər
18 İyun 2024 22:14
154
Arda Kriştianonu arxada qoyub

AVRO-2024-də fərqlənən Arda Güler Avropa çempionatları tarixinə düşüb.

İdman.biz xəbər verir ki, o, turnirin debüt matçında qol vuran ən gənc futbolçu olub.

Arda portuqliyalı ulduz Kriştiano Ronaldonu arxada qoyub. Türkiyəli futbolçu 19 yaş 114 günündə Gürcüstün yığmasının qapısına yol tapıb. Kriştiano isə AVRO-2004-də Yunanıstan komandası ilə oyunda 19 yaş 128 günündə fərqlənib.

Qeyd edək ki, çempionatın ilk turunda Ardanın qolu Türkiyə yığmasına 3:1 hesabı ilə qələbə qazandırıb.

İdman.biz