Fransanın şansı - rekord avtoqol

Xəbərlər
18 İyun 2024 01:34
447
Fransanın şansı - rekord avtoqol

Fransa yığmasının iştirakı ilə Avropa çempionatları tarixində yeni rekord qeydə alınıb.

İdman.biz xəbər verir ki, komandanın rəqibləri turnirdə 4-cü dəfə avtoqola imza atıblar.

AVRO-2024-ün ilk turunda Avstriyanın futbolçusu Maksimilian Veber Fransaya “hədiyyə” edib. Bundan əvvəl rəqiblərdən bolqarıstanlı Lüboslav Penev (AVRO-96), xorvatiyalı İqor Tudor (AVRO-2004) və almaniyalı Mats Hummels (AVRO-2020) fransalılarla görüşlərdə topu öz qapılarından keçiriblər.

Qeyd edək ki, məhz avtoqol sayəsində Fransa yığması AVRO-2024-ə 1:0 hesablı qələbə ilə start verib.

İdman.biz