İspaniya millisində itki

Xəbərlər
15 İyun 2024 11:47
192
İspaniya millisində itki

İspaniya millisi AVRO-2024-dəki ilk oyununa itki ilə çıxacaq.

İdman.biz xəbər verir ki, bunu komandanın baş məşqçisi Luis de la Fuente açıqlayıb.

O bildirib ki, Emerik Laport 1-ci turu buraxacaq. Müdafiəçi Xorvatiyaya qarşı oynamayacaq: “Laport zədələnməyib. Amma bəzi problemləri var. Qərara gəldim ki, risk etməyək. Bu üzdən də Emerik oynamayacaq”.

Qeyd edək ki, İspaniya və Xorvatiya arasında matç bu gün baş tutacaq.

İdman.biz

Məqalədə: