“Qarabağ”ın qapıçısı AVRO-2024-də

Xəbərlər
22 May 2024 14:49
583
“Qarabağ”ın qapıçısı AVRO-2024-də

“Qarabağ”ın qapıçısı Luka Quqeşaşvili AVRO-2024-ün final mərhələsində iştirak edəcək.

İdman.biz xəbər verir ki, qolkiper Gürcüstan millisinin qitə çempionatı üçün ilkin heyətində yer alıb.

25 yaşlı əlcək sahibi Almaniyaya aparılmağa namizədlər sırasında olan üç qapıçıdan biridir. Bu üzdən də onun yekun siyahıda da qalacağı gözlənilir.

Əsas yığmada 1 matç keçirən Luka Almaniyaya 3-cü qapıçı kimi yollanmağa yaxındır. Onun yer aldığı milli Portuqaliya, Türkiyə və Çexiya ilə eyni qrupda mübarizə aparacaq.

Qeyd edək ki, Avropa çempionatı iyunun 14-dən iyulun 14-dək keçiriləcək.

İdman.biz

Məqalədə: