Belçika millisinin baş məşqçisi Domeniko Tedesko Avro-2024-ün seçmə mərhələsinin Azərbaycanla oyunundan öncə keçirilmiş mətbuat konfransında "Dalğa Arena"dan narazı olduğunu dilə gətirib. İdman.biz xəbər verir ki, təcrübəli mütəxəssis meydanın vəziyyətinin ürəkaçan olmadığını deyib:
“Şərtləri olduğu kimi qəbul etməliyik. Yaxşı ki, bir gün əvvəl gəldik, gördük hər şeyi. Tək meydanı yox, paltardəyişmə otağını da. Sabah meydanda çox enerji sərf etməliyik. Futbolçuların zədə almasını istəmirik. Digər məsələlərə isə enerji sərf etməməliyik. Bununla bağlı bir dəqiqə danışdıq. Sonra da bağladıq məsələni”, - deyə o bildirib
Qeyd edək ki, sabah keçiriləcək sözügedən görüş saat 17:00-da başlayacaq.
Ağa Dadaşzadə
İdman.biz