Baş katib: Məşqçi kurslarının məqsədi sağlam idmançı yetişdirməkdir

Xəbərlər
26 Avqust 2025 12:47
44
Baş katib: Məşqçi kurslarının məqsədi sağlam idmançı yetişdirməkdir

Məşqçi kurslarının məqsədi sağlam idmançı yetişdirmək, velosipedə marağı artırmaq və inkişaf etdirməkdir.

İdman.biz AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Azərbaycan Velosiped İdmanı Federasiyasının baş katibi, eləcə də məşqçi kurslarının rəhbəri Elnarə Musayeva jurnalistlərə açıqlamasında deyib.

O, bunun pilot layihə olduğunu bildirib: "Gəncə və Sumqayıt şəhərləri ilə yanaşı, daha 8 rayondan məşqçiləri bu kursa dəvət etmişik. Burada nəzəri, praktiki biliklər öyrədilir. Hətta idmançıların qidalanmasına qədər nəzarət olunur. Ümid edirəm ki, layihə sayəsində məşqçilərlə birgə velosiped idmanını bölgələrə də yayacağıq".

Qeyd edək ki, Respublika Velotrekində Azərbaycan Velosiped İdmanı Federasiyası, Elm və Təhsil Nazirliyinin, eləcə də Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə yeni layihəyə start verilib.

12 gün davam edəcək kurslarda 10 rayondan məşqçilər iştirak edəcək.

İdman.biz