“Bayrağımız – qürur mənbəyimizdir!” devizi altında veloyürüş keçirildi - FOTO

Xəbərlər
9 Noyabr 2025 13:20
58
“Bayrağımız – qürur mənbəyimizdir!” devizi altında veloyürüş keçirildi - FOTO

9 noyabr – Dövlət Bayrağı Günü ilə əlaqədar Bakıda veloyürüş təşkil edilib. İdman.Biz xəbər verir ki, tədbir Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsi və Azərbaycan Velosiped İdmanı Federasiyasının birgə təşkilatçılığı ilə baş tutub.

Yürüş “Bayrağımız – qürur mənbəyimizdir!” devizi altında keçirilib. Aksiyada Azərbaycanın müxtəlif yaş qrupları üzrə milli komandaların üzvləri ilə yanaşı, 200-dən çox həvəskar velosipedçi iştirak edib. Tədbirdə həmçinin Gənclər və idman naziri Fərid Qayıbov da yürüşçülərə qoşulub.

İştirakçılar Dövlət Bayrağı Meydanı – Azneft prospekti – Dəniz limanı – Heydər Əliyev Mərkəzi marşrutu üzrə hərəkət ediblər. Ümumi 16,5 km məsafəni əhatə edən veloyürüş paytaxt sakinləri tərəfindən böyük maraqla qarşılanıb. Marşrut elə başladığı yerdə — Dövlət Bayrağı Meydanında yekunlaşıb.

Qeyd edək ki, sözügedən veloyürüş artıq ənənə halını alıb və hər il Dövlət Bayrağı Günü ərəfəsində keçirilir.

İdman.Biz