Bakıda Vüqar Həşimov Şahmat Fondunun təşkil etdiyi “Vugar Gashimov Open 2025” beynəlxalq turnir davam edir.
İdman.biz xəbər verir ki, 6 raunddan sonra mükafatlar uğrunda mübarizə daha da güclənib.
Dörd iştirakçının hər biri 5,5 xal toplayaraq, eyni vaxtda cədvəlin yuxarı pilləsində qərarlaşıb. Bunlar Tunar Davudov, Şiroğlan Talıbov, Vüqar Manafov və Əhməd Əhmədzadədir.
Çox güman ki, qalan iki raundda baş mükafat uğrunda mübarizə məhz onların arasında gedəcək.
Qeyd edək ki, turnir Azərbaycan Şahmat Federasiyasının təşəbbüsü ilə ilk dəfə həyata keçirilən “Chess Tour Azerbaijan” layihəsinə daxil edilib. Sayca 11-ci dəfə keçirilən yarışda 6 ölkədən 206 şahmatçı iştirak edir.
İdman.biz