“Vugar Gashimov Open 2025” beynəlxalq şahmat turniri keçirilir

Xəbərlər
28 İyul 2025 01:19
37
“Vugar Gashimov Open 2025” beynəlxalq şahmat turniri keçirilir

Bakıda Vüqar Həşimov Şahmat Fondunun təşkil etdiyi “Vugar Gashimov Open 2025” beynəlxalq şahmat turnirinə start verilib.

İdman.biz xəbər verir ki, sayca 11-ci dəfə keçirilən yarışda 6 ölkədən 206 şahmatçı iştirak edir.

İlk 4 turdan sonra səkkiz iştirakçı hərəyə 4 xalla yoluna davam edir. Əlavə göstəricilərə görə Azərbaycan şahmatçısı Şiroğlan Talıbov birinci, İsrail təmsilçisi Yevgeni Alekseyev isə ikincidir.

Qeyd edək ki, turnir Azərbaycan Şahmat Federasiyasının təşəbbüsü ilə ilk dəfə həyata keçirilən “Chess Tour Azerbaijan” layihəsinə daxil edilib.

İdman.biz