Günay Məmmədzadə Avropa çempionatında qazandığı gümüş medalı dəyərləndirib

Müsahibə
22 Noyabr 2023 22:43
319
Günay Məmmədzadə Avropa çempionatında qazandığı gümüş medalı dəyərləndirib

“Hər zaman əsas məqsədimiz yüksək nəticə əldə etmək olub. İki ildir ki, ard-arda bürünc medal qazanırdıq”.

İdman.biz xəbər verir ki, bunu Montenoqrada komandalararası Avropa çempionatında gümüş medal qazanan Azərbaycan şahmatçısı Günay Məmmədzadə qarşılanma mərasimində deyib.

O, növbəti Avropa çempionatda qızıl medal qazanacaqlarına inam ifadə edib. Məmmədzadə yüksək əhval-ruhiyyəyə görə ailəsinə və şəraitə görə Azərbaycan Şahmat Federasiyasına öz minnətdarlığını bildirib.

Qeyd edək ki, şahmat üzrə Azərbaycan komandası Avropa çempionatında ilk dəfə fəxri kürsünün ikinci pilləsinə qalxıb.

Banuçiçək Hüseynli

İdman.biz