Məhəmməd Muradlıdan ardıcıl ikinci qələbə

Xəbərlər
28 May 2025 23:32
38
Məhəmməd Muradlıdan ardıcıl ikinci qələbə

Birləşmiş Ərəb Əmirliklərində start götürən "Dubai Open" turnirində bu gün 2-ci tur keçirilib.

İdman.biz xəbər verir ki, Azərbaycan şahmatçılarından Məhəmməd Muradlı ardıcıl ikinci qələbəsini qazanıb.

O, hindistanlı Al Mutahayaha qalib gəlib. Digər təmsilçimiz Şıroğlan Talıbov isə günü heç-heçə ilə başa vurub. Təmsilçimiz Qhoş Aronyakla (Hindistan) xalları yarıya bölüb.

Gövhər Beydullayeva və Xanım Balacayeva isə ilk partiyalarında olduğu kimi yenə məğlub olublar.

Qeyd edək ki, turnirdə 24 ölkədən 84 şahmatçı iştirak edir. Yarışın reytinq favoritı Hindistan təmsilçisi Nihal Sarin 1-ci, Muradlı isə 2-ci pillədə qərarlaşıb.

İdman.biz