FİDE-nin may üçün açıqladığı dünya reytinqi Azərbaycan qadın şahmatçıları üçün uğursuz olub.
İdman.biz xəbər verir ki, “Top-100”dəki təmsilçilərimizin sayı artaraq 5-ə çatsa da, ilk “əllilik”də şahmatçımız yer almayıb.
Azərbaycanın reytinqdəki lideri Gövhər Beydullayeva (2394) 8 pillə geriləyərək “Top-50”ni tərk edib. O, 45-ci yeri 53-cüyə dəyişib.
Mövqeyini 4 pillə pisləşdirən Günay Məmmədzadə (2390) 57-cidir. 10 pillə geriləyən Ülviyyə Fətəliyeva (2374) 67-ci, 3 addımlıq irəliləyişə nail olan Xanım Balacayeva (2358) 82-ci pillədədir. “100-lüy”ə qayıdan Gülnar Məmmədova isə 2352 xalla 91-ci sıradadır.
Gövhərin ən yaxşı 50 şahmatçı arasındakı yerini itirməsi ilə Azərbaycan “yüzlüy”ün ilk yarısından kənar qalıb.
Tarixə nəzər salsaq, bu eniş son 7 ildə ilk dəfə müşahidə olunur. Azərbaycan qadın şahmatçılarının “Top-50”də təmsil olunmaması sonuncu dəfə 2018-ci ilin aprelində qeydə alınıb.
Həmin vaxt Azərbaycan reytinqinin lideri Günay Məmmədzadə dünyada 71-ci olub. Artıq növbəti ay sıçrayışla cədvəlin ilk yarısına yüksələn zəka sahibimiz uğurlu tendendiyanın təməlini qoyub. Həmin vaxtdan ardıcıl 7 il – 84 cədvəldə ən yaxşımız “50-lik”də qərarlaşıb.
Ay/il |
Azərbaycanın lideri |
Yer |
Aprel 2018 |
Günay Məmmədzadə |
71 |
May 2018 |
Günay Məmmədzadə |
34 |
İyun 2018 |
Günay Məmmədzadə |
32 |
İyul 2018 |
Günay Məmmədzadə |
37 |
Avqust 2018 |
Günay Məmmədzadə |
39 |
Sentyabr 2018 |
Günay Məmmədzadə |
33 |
Oktyabr 2018 |
Günay Məmmədzadə |
33 |
Noyabr 2018 |
Günay Məmmədzadə |
46 |
Dekabr 2018 |
Günay Məmmədzadə |
47 |
Yanvar 2019 |
Günay Məmmədzadə |
49 |
Fevral 2019 |
Günay Məmmədzadə |
49 |
Mart 2019 |
Günay Məmmədzadə |
39 |
Aprel 2019 |
Günay Məmmədzadə |
40 |
May 2019 |
Günay Məmmədzadə |
40 |
İyun 2019 |
Günay Məmmədzadə |
40 |
İyul 2019 |
Günay Məmmədzadə |
40 |
Avqust 2019 |
Günay Məmmədzadə |
41 |
Sentyabr 2019 |
Günay Məmmədzadə |
39 |
Oktyabr 2019 |
Günay Məmmədzadə |
38 |
Noyabr 2019 |
Günay Məmmədzadə |
38 |
Dekabr 2019 |
Günay Məmmədzadə |
27 |
Yanvar 2020 |
Günay Məmmədzadə |
28 |
Fevral 2020 |
Günay Məmmədzadə |
28 |
Mart 2020 |
Günay Məmmədzadə |
31 |
Aprel 2020 |
Günay Məmmədzadə |
29 |
May 2020 |
Günay Məmmədzadə |
29 |
İyun 2020 |
Günay Məmmədzadə |
29 |
İyul 2020 |
Günay Məmmədzadə |
29 |
Avqust 2020 |
Günay Məmmədzadə |
29 |
Sentyabr 2020 |
Günay Məmmədzadə |
29 |
Oktyabr 2020 |
Günay Məmmədzadə |
28 |
Noyabr 2020 |
Günay Məmmədzadə |
31 |
Dekabr 2020 |
Günay Məmmədzadə |
30 |
Yanvar 2021 |
Günay Məmmədzadə |
31 |
Fevral 2021 |
Günay Məmmədzadə |
29 |
Mart 2021 |
Günay Məmmədzadə |
29 |
Aprel 2021 |
Günay Məmmədzadə |
28 |
May 2021 |
Günay Məmmədzadə |
29 |
İyun 2021 |
Günay Məmmədzadə |
29 |
İyul 2021 |
Günay Məmmədzadə |
25 |
Avqust 2021 |
Günay Məmmədzadə |
26 |
Sentyabr 2021 |
Günay Məmmədzadə |
25 |
Oktyabr 2021 |
Günay Məmmədzadə |
25 |
Noyabr 2021 |
Günay Məmmədzadə |
25 |
Dekabr 2021 |
Günay Məmmədzadə |
26 |
Yanvar 2022 |
Günay Məmmədzadə |
24 |
Fevral 2022 |
Günay Məmmədzadə |
24 |
Mart 2022 |
Günay Məmmədzadə |
24 |
Aprel 2022 |
Günay Məmmədzadə |
26 |
May 2022 |
Günay Məmmədzadə |
26 |
İyun 2022 |
Günay Məmmədzadə |
25 |
İyul 2022 |
Günay Məmmədzadə |
26 |
Avqust 2022 |
Günay Məmmədzadə |
21 |
Sentyabr 2022 |
Günay Məmmədzadə |
21 |
Oktyabr 2022 |
Günay Məmmədzadə |
18 |
Noyabr 2022 |
Günay Məmmədzadə |
20 |
Dekabr 2022 |
Günay Məmmədzadə |
21 |
Yanvar 2023 |
Günay Məmmədzadə |
21 |
Fevral 2023 |
Günay Məmmədzadə |
20 |
Mart 2023 |
Günay Məmmədzadə |
22 |
Aprel 2023 |
Günay Məmmədzadə |
23 |
May 2023 |
Günay Məmmədzadə |
25 |
İyun 2023 |
Günay Məmmədzadə |
25 |
İyul 2023 |
Günay Məmmədzadə |
26 |
Avqust 2023 |
Günay Məmmədzadə |
27 |
Sentyabr 2023 |
Günay Məmmədzadə |
29 |
Oktyabr 2023 |
Günay Məmmədzadə |
30 |
Noyabr 2023 |
Günay Məmmədzadə |
29 |
Dekabr 2023 |
Günay Məmmədzadə |
27 |
Yanvar 2024 |
Günay Məmmədzadə |
26 |
Fevral 2024 |
Günay Məmmədzadə |
26 |
Mart 2024 |
Günay Məmmədzadə |
27 |
Aprel 2024 |
Günay Məmmədzadə |
34 |
May 2024 |
Günay Məmmədzadə |
35 |
İyun 2024 |
Günay Məmmədzadə |
29 |
İyul 2024 |
Günay Məmmədzadə |
33 |
Avqust 2024 |
Günay Məmmədzadə |
31 |
Sentyabr 2024 |
Günay Məmmədzadə |
33 |
Oktyabr 2024 |
Günay Məmmədzadə |
34 |
Noyabr 2024 |
Günay Məmmədzadə |
39 |
Dekabr 2024 |
Günay Məmmədzadə |
36 |
Yanvar 2025 |
Günay Məmmədzadə |
38 |
Fevral 2025 |
Günay Məmmədzadə |
36 |
Mart 2025 |
Gövhər Beydullayeva |
43 |
Aprel 2025 |
Gövhər Beydullayeva |
45 |
May 2025 |
Gövhər Beydullayeva |
53 |
Qeyd edək ki, cəmi üç ay əvvəl – fevral reytinqində iki təmsilçimiz “Top-50”də qərarlaşmışdı. Həmin vaxt Günay Məmmədzadə 2412 xalla 36-cı, Gövhər Beydullayeva 2404 xalla 41-ci yerdə idi.
Vüqar Xeyrullayev
İdman.biz