3 şahmatçımız “Grand Swiss”də qələbə qazanıb

Xəbərlər
31 Oktyabr 2023 10:12
266
3 şahmatçımız “Grand Swiss”də qələbə qazanıb

Men adasında şahmat üzrə keçirilən “Gran Swiss”də VI turun görüşləri keçirilib.

İdman.biz xəbər verir ki, Azərbaycanın 3 zəka sahibi çıxışını qələbə ilə başa vurub.

Qara fiqurlarla oynayan Aydın Süleymanlı hindistanlı Dommaracu Qukeşə qalib gələrək xalını 3,5-ə çatdırıb və mövqeyini yaxşılaşdırıb. İndi o, Top-20-nin astanasındadır. Rauf Məmmədov ingilis Şreyas Röyalı üstələyib. Qadınların yarışında isə Ülviyyə Fətəliyeva almaniyalı Elizabet Petsi məğlub edib və 4 xalla 9-cu pillədə qərarlaşıb.

"Grand Swiss" turniri
Kişilər

Amin Tabatabaye (İran) - Vasif Durarbəyli - 0,5:0,5
Nicat Abasov - Manuel Petrosyan (Ermənistan) - 0,5:0,5
Dommaracu Qukeş - Aydın Süleymanlı - 0:1
Rauf Məmmədov - Şreyas Royal (İngiltərə) - 1:0
Turnir cədvəli: 1. Aleksandr Predke (Serbiya), 2. Cavohir Sindarov (Özbəkistan), 3. Andrey Esipenko (FİDE) - hamısı4 xal... 28. Aydın Süleymanlı... 50. Vasif Durarbəyli - 3,5.

Qadınlar
Günay Məmmədzadə - Sofi Milliet (Fransa) - 0,5:0,5
Ülviyyə Fətəliyeva - Elizabet Paetz (Almaniya) - 1:0
Gövhər Beydullayeva - Polina Şuvalova (FİDE) - 0:1
Turnir cədvəli: 1. Anna Muzıçuk (Ukrayna) - 5 xal, 2. Rameşbabu Vaişali (Hindistan), 3. Bibisara Assaubayeva (Qazaxıstan) - hamısı 4,5... 29. Ülviyyə Fətəliyeva - 4.

Nicat Zəkiyev

İdman.biz