Teymur Rəcəbovdan ilk gündə iki qələbə və bir heç-heçə

Xəbərlər
26 İyun 2025 22:49
35
Teymur Rəcəbovdan ilk gündə iki qələbə və bir heç-heçə

Moskvada "Şahmat Ulduzları 5.0" turnirin start götürüb.

İdman.biz xəbər verir ki, turnirdə ölkəmizi Teymur Rəcəbov təmsil edir.

Bu gün rapiddə 3 tura yekun vurulub. İlk turda yeli Sergey Karyakinlə xalları yarıya bölən qrossmeystrimiz növbəti turlarda Aleksandra Qoryaçkina Katerina Laqnonu mat edib.

Yarışın reqlamentinə görə, sabah və bir gün sonra daha 6 turun oyunları keçiriləcək. Ayın 29-da və 30-da isə blitsdə 18 tur təşkil olunacaq.

Qeyd edək ki, 3 turdan sonra Rəcəbov 2,5 xalla Raunak Sanhvani (Hindistan) 2-3-cü pillələri bölüşür. Rusiyalı Vladislav Artemyev ilk pillədə qərarlaşıb.

İdman.biz