Məmmədyarov Amsterdamda keçirilən turnirin sonunda Svidleri məğlub edib

Xəbərlər
27 Sentyabr 2023 09:24
123
Məmmədyarov Amsterdamda keçirilən turnirin sonunda Svidleri məğlub edib

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov "Levitov Chess Week" rapid turnirində altıncı-yeddinci yerləri bölüşdürüb.

İdman.biz xəbər verir ki, o, son oyun günündə finişdə Peter Svidleri üstələyərək, bundan əvvəl isə Levon Aronyanla heç-heçə edərək dörd raundda 1,5 xal toplayıb. Ümumilikdə Şəhriyar 9, Uesli So isə eyni xala sahib olub.

Birinci yeri 12,5 xal toplayan dünya vitse-çempionu Yan Nepomnyaşi tutub.

Xatırladaq ki, yarış on qrossmeysterin iştirakı ilə iki turda keçirilib.

Nicat Zəkiyev

İdman.biz