Rəcəbovdan FİDE-yə etiraz: dünya çempionatında iştirak etməyəcək

Xəbərlər
4 İyul 2024 00:12
1 106
Rəcəbovdan FİDE-yə etiraz: dünya çempionatında iştirak etməyəcək

Teymur Rəcəbov bu ilin dekabrında Nyu-Yorkda keçiriləcək rapid və blits üzrə dünya çempionatında çıxış etməyəcək.

İdman.biz xəbər verir ki, bunu azərbaycanlı qrossmeyster Rusiya mətbuatında verdiyi müsahibədə açıqlayıb.

Rəcəbov təqvimin uğursuz seçildiyini bildirərək, FİDE-ni tənqid edib: “Dekabrın sonunda turnirlərdə oynamağı başa düşmürəm. Bu tarix istənilən şahmatçı üçün acınacaqlıdır. FİDE-nin il ərzində çox yarışı yoxdur. Təşkilat il ərzində 5 gün ayırıb, hamıya uyğun vaxtda turniri təşkil edə bilərdi. Təqvimin təşkili üzrə mütəxəssis olmasam da, FİDE-nin digər variantlar tapa bilməməsinə görə təəccüblənirəm”.

Qeyd edək ki, dünya çempionatı bu il dekabrın sonunda Nyu-Yorkda təşkil olunacaq.

İdman.biz