Azərbaycan şahmatçıları Günay Məmmədzadə, Gövhər Beydullayeva və Gülnar Məmmədova qadınlar arasında rapid və blits üzrə Avropa çempionatında iştirak edəcəklər.
İdman.Biz xəbər verir ki, qitə birinciliyi 2027-ci il yanvarın 7-dən 11-dək Monakonun Monte-Karlo şəhərində keçiriləcək.
İştirakçıların ilkin siyahısına əsasən, indiyədək 98 şahmatçı yarışda iştirak etmək üçün qeydiyyatdan keçib.
Blits üzrə Avropa çempionatı yanvarın 8-də, rapid üzrə yarış isə yanvarın 9-da və 10-da təşkil olunacaq.
