Azərbaycan Şahmat Federasiyasının daha bir hakimi “A” kateqoriyalı hakim statusu alıb.
İdman.biz xəbər verir ki, Beynəlxalq Şahmat Federasiyasında mövcud normativlərə cavab verən İlahə Qədimova bu uğura nail olub.
Bununla ölkəmizdə “A” kateqoriyalı hakimlərin sayı ikiyə çatıb. Uzun illər Azərbaycan Şahmat Federasiyasının 1-ci vitse-prezidenti Faiq Həsənov “A” kateqoriyasına layiq görülən yeganə hakimimiz olub.
İdman.biz