Azərbaycan şahmatçısı Türkiyədə yenidən liderliyə yüksəlib

Xəbərlər
12 İyul 2025 11:56
31
Azərbaycan şahmatçısı Türkiyədə yenidən liderliyə yüksəlib

Azərbaycan şahmatçısı Misrətdin İskəndərov Türkiyənin Denizli şəhərində keçirilən beynəlxalq turnirdə liderliyini bərpa edib.

İdman.biz xəbər verir ki, o, yeddinci turda qələbə qazanaraq xalını 5-ə çatdırıb və əlavə göstəricilərdə Muhammadzohid Suyarov (Özbəkistan) və Yevgeni Romanovu (Şimali Makedoniya) qabaqlayır.

Beşinci yerdə olan daha bir şahmatçımız Şiroğlan Talıbovun onlardan yarım xal geri qalır.

Qeyd edək ki, İsveçrə sistemi üzrə keçirilən və doqquz turdan ibarət olacaq turnirdə ümumilikdə 82 şahmatçı iştirak edir.

İdman.biz