Boris Gelfand Azərbaycan şahmatçılarıyla işləyəcək

Xəbərlər
22 Yanvar 2024 17:28
160
Boris Gelfand Azərbaycan şahmatçılarıyla işləyəcək

Şahmat üzrə Dünya Kubokunun qalibi Boris Gelfand Azərbaycan Şahmat Federasiyasının (AŞF) dəvəti əsasında Bakıya gəlib.

AŞF-dən İdman.bizə verilən məlumata görə, bu gün qurumun prezidenti Mahir Məmmədovla görüşən Gelfand daha sonra şahmatçılara təqdim olunub.

İsrail şahmatçısıyla əldə olunan razılıq əsasında o, zəngin təcrübəsini mütəmadi olaraq azərbaycanlı şahmatçılarla bölüşəcək. Ölkəmizdə olduğu müddətdə tanınmış şahmatçı Gövhər Beydullayeva, Ayan Allahverdiyeva, Məhəmməd Muradlı, Aydın Süleymanlı, Xəzər Babazadə, Abdulla Qədimbəyli, Vüqar Əsədli və digərləriylə məşğul olacaq.

Qeyd edək ki, uzun illər İsrail milli komandasında çıxış edən Gelfand 2009-cu ildə Dünya Kuboku, 2011-ci ildə isə İddiaçılar Turnirinin qalibi olub. O, 2012-ci ildə şahmat üzrə dünya çempionluğu matçında iştirak edib.

İdman.biz

Məqalədə: