12 yaşlı rusiyalı şahmatçı Sergey Sklokin Qətərin paytaxtı Doha şəhərində keçirilən blits üzrə dünya çempionatının üçüncü turunda klassik şahmat üzrə hazırkı dünya çempionu Qukeş Dommaracunu məğlub edib.
İdman.Biz Gazeta.ru-ya istinadən xəbər verir ki, Sergey Sklokin hazırda Beynəlxalq Şahmat Federasiyasının (FIDE) “master” dərəcəsinə malikdir.
Qeyd edək ki, dekabrın 28-də norveçli qrossmeyster Maqnus Karlsen rapid üzrə dünya çempionatında qalib gələrək titulunu qoruyub. Bu, onun şahmatın bu növü üzrə altıncı titulu olub.
