Şahmat üzrə 16-cı dünya çempionu Maqnus Karlsen 2025-ci il Blits üzrə dünya çempionatında hind şahmatçı Arcun Eriqaisiyə məğlub olmasına sərt reaksiya verib.
İdman.Biz-in məlumatına görə, oyunun gərgin sonluğunda norveçli qrossmeyster səhv edib və bundan sonra vəziri taxtadan götürərək emosional şəkildə yerə çırpıb. Karlsenin qəfil hərəkətləri masanın yanından keçən rusiyalı şahmatçı Aleksandr Qrişuku qorxudub.
Daha sonra Karlsen yumruğunu masaya vurub, rəqibinin əlini sıxıb, fiquru yerdən götürüb masanın üstünə qoyandan sonra oyun zonasını tərk edib.
Qeyd etmək lazımdır ki, əvvəllər Rapid üzrə dünya çempionatında Karlsen Vladislav Artemyevə məğlub olduqdan sonra operatoru emosional şəkildə yola salmaqla diqqət mərkəzinə düşmüşdü.
